Sağlam və uzunmüddətli

Korporativ əməkdaşlıqa hər zaman hazırıq

Əsas məqsədimiz

İnsanları sağlam qidalanmaya yönləndirməkdir.

Sağlamlığınız üçün

Peşəkar mətbəx komandası və təcrübəli həkimlərimiz xidmətinizdədir

SABS DİET HAQQINDA MƏLUMAT

Biz necə işləyirik?!

“Sabs Diet” sağlam qidalanma təbliğatçısı olaraq korporativ müştərilər ilə əməkdaşlıq etməkdən məmnunluq duyuruq. Əsas məqsədimiz insanları sağlam qidalanmaya yönləndirmək və arzuladıqları çəki görüntüsünə sahib olmalarını təmin etməkdir. Korporativ sifarişin təşkili zamanı korporantımızın arzu və istəklərini diqqətlə öyrənərək, biz onun şərtlərinə (iş vaxtı, qiymət təklifləri, qarşılıqlı hesablaşma, hesabatların hazırlanması və təqdim edilməsi və) asanlıqla uyğunlaşırıq və müştərimizin həmin xidmətlərin təşkili üzrə xüsusi şöbəsi kimi fəaliyyət göstəririk.

Peşəkarlıq:

Həkim dietoloqlarımız tərəfindən kalori cədvəlinə uyğun olaraq tərtib olunmuş menyu, gündəlik təzə və organik ərzaq bazarlığı, minimum 5 il iş təcrübəsi ilə fəaliyyət göstərən mətbəx komandası, sifarişlərin sürətli və operativ üsulla ünvanınıza çatdırılması, eko/istiyə davamlı qablaşdırma, günün istənilən saatında müştərilər ilə online konsultasiya ilə həm fərdi , həm də korporativ müştərilərimizə individuallığı qoruyaraq yanaşırıq.

İstifadəyə hazır xidmətlər:

Öncədən kalori miqdarı təyin olunub, hazırlanmış sağlam qida paketləri, sağlam dessert,biznes lanç, simuzi, snack və detox barlar.

Aydın və şəffaf qarşılıqlı ödəmə sistemi:

Göstərdiyimiz xidmətlərə görə ödənişlər nağd şəkildə, bank köçürməsi ilə həyata keçirilə bilər. Tətbiq etdiyimiz avtomatik qarşılıqlı hesablaşma sistemləri şirkətlərimiz arasında balansı istənilən vaxt yoxlamağa imkan verir. Maliyyə hesabatlarının lazımi formatda və tələb olunan müddət ərzində tərəfimizdən hazırlanaraq sizə təqdim edilməsi isə maliyyə şöbənizin işini bir xeyli asanlaşdırmağa imkan verəcək.